Dəmir yumruq » Dünya » "O, dağılmış ölkəsini düzəltməklə məşğul olmalıdır” - Tramp
Dünya / Bugün, 17:19

"O, dağılmış ölkəsini düzəltməklə məşğul olmalıdır” - Tramp

 

ABŞ Prezidenti Donald Tramp özünə məxsus “Truth Social” platformasında Almaniya Kansleri Fridrix Mertsi sərt tənqid atəşinə tutub.
 
Demiryumruq.az xəbər verir ki, Tramp paylaşımında almaniyalı həmkarını həm daxili, həm də xarici siyasətdəki uğursuzluqlarda ittiham edib.
 
O, Kanslerin diqqətini Almaniyanın daxili problemlərinə yönəltməli olduğunu bildirib:
 
“Almaniya Kansleri Rusiya-Ukrayna müharibəsinə son qoymağa daha çox vaxt sərf etməlidir (hansı ki, bu məsələdə tamamilə səmərəsizdir!). O, özünün dağılmış ölkəsini, xüsusilə immiqrasiya və enerji problemlərini düzəltməklə məşğul olmalıdır”.
 
Tramp həmçinin Almaniya rəhbərliyini ABŞ-nin İrana qarşı apardığı siyasətə mane olmamağa çağırıb. O qeyd edib ki, Merts İranın nüvə təhlükəsini aradan qaldıranlara mane olmaq əvəzinə, dünyanı və Almaniyanı daha təhlükəsiz yerə çevirmək üçün çalışanlara dəstək verməlidir.
 
Xatırladaq ki, Trampın bu bəyanatı son günlər Almaniya hökumətinin ABŞ-nin İran əməliyyatlarına və Ukrayna böhranındakı vasitəçilik roluna dair tənqidi yanaşmalarına cavab kimi qiymətləndirilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.