


















Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü və müqəddəs Ramazan ayı münasibətilə tədbir keçirilib.
Tədbirdə RİH başçısı Orxan Mürsəlov, Milli Məclisin deputatı Sabir Hacıyev, YAP rayon təşkilatının sədri Sahib Şükürov, şəhid anaları və şəhidlərimizin ömür-gün yoldaşları, həmçinin rayonun idarə, müəssisə və təşkilatlarında çalışan qadınlar iştirak edib.
RİH başçısı iftar süfrəsi ətrafında toplaşmış tədbir iştirakçılarını təbrik edərək, öz zəkası, müdrikliyi, sədaqəti və qəhrəmanlığı ilə hər zaman xalqımızın adını uca tutan Azərbaycan qadınının cəmiyyətdəki rolundan və tutduğu yüksək mövqedən, xüsusilə də şəhid analarımızın fədakarlığından danışıb, qarşıdan gələn müqəddəs Ramazan bayramı və Novruz bayramı münasibətilə ən xoş arzularını çatdırıb.
Rayonun ictimai həyatında xüsusi fəallıq göstərən və səmərəli fəaliyyəti ilə seçilən bir qrup qadın Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub.
Bayramınız mübarək əziz xanımlar!