Dəmir yumruq » Manşet » Nəsimi rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
Manşet / Tədbir / Bugün, 19:02

Nəsimi rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

 

  

   

 

 Nəsimi rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Nəsimi rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
 
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi şəhidlərinin və iştirakçılarının ailə üzvləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, elm, təhsil, səhiyyə,  mədəniyyət, hüquq mühafizə və digər sahələrdə çalışan qadınlar iştirak ediblər.
Öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, Azərbaycan qadınının dövlətçilik tariximizdəki müstəsna rolunu, onların göstərdikləri yüksək mənəvi mövqeyi və vətənpərvərlik nümunəsini vurğulamışdır. Qeyd etmişdir ki, Azərbaycanda dövlət qadın siyasətinin əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün həmin uzaqgörən strateji xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Bildirilmişdir ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində qadınlar ölkənin sosial, iqtisadi və siyasi idarəçiliyində aparıcı qüvvəyə çevrilmişlər.
Çıxışda xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti müasir Azərbaycan qadını üçün ən yüksək liderlik nümunəsidir. Mehriban xanımın milli-mənəvi dəyərlərin qorunması və humanizm prinsiplərinin təbliği istiqamətindəki xidmətləri qadınlarımızın cəmiyyətdəki nüfuzunu beynəlxalq səviyyəyə ucaltmışdır. Qeyd edilmişdir ki, Azərbaycan qadınları bütün dövrlərdə cəmiyyətin mənəvi dayağı olmuş, xalqımızın rifahı və dövlətimizin qüdrətlənməsi naminə səmərəli fəaliyyət göstərərək ölkənin sosial-iqtisadi inkişafında və mədəni intibahında mühüm nailiyyətlər əldə etmişlər.
Daha sonra çıxış edən Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Vaqif Şadlınski bütün rayon qadınlarını bayram münasibəti ilə ürəkdən təbrik edib və bildirib ki, bu gün Azərbaycan qadını öz gücü, zəkası, humanizmliyi, beynalxalq aləmdəki nailiyyətləri ilə seçilən qalib xalqın aparıcı qüvvəsidir.
Çıxış edən şəhid anası Alimə Cəfərova onlara göstərilən diqqət və qayğıya görə ölkə başcısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.
Sonda rayon İcra Hakimiyyəti tərəfindən tədbir iştirakçılarına  hədiyyələr  təqdim olunub, tədbir rəngarəng bədii hissə ilə davam etdirilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.