Dəmir yumruq » Hadisə » Bu gün Qənirə Paşayevanın doğum günüdür
Hadisə / Bugün, 14:21

Bu gün Qənirə Paşayevanın doğum günüdür

 

Bu gün jurnalist, siyasətçi, Türk dünyasının səsi olan, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi sədri olmuş, mərhum millət vəkili Qənirə Paşayevanın doğum günüdür. 
Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin üzvü, Mədəniyyət Komitəsinin sədri (mart 2000 - sentyabr 2023),  Asiya Parlament Assambleyasının sədr müavini (yanvar 2023 - sentyabr 2023) ünlü telejurnalist, yazıçı-publisist, ictimai xadim Prof.Dr. Qənirə xanım Paşayevanın (07.03.1975, Düz Qırıqlı, Tovuz - 28.09.2023, Bakı).. 
 
 
Qənirə xanımın "Qarabağ hekayələri" (ortaq; 5 dildə), "Xocalı soyqırımı: Şahidlərin dilindən" (ortaq; iki dildə), "Dünyanın itirdiyi böyük insan - ATATÜRK", "Dünyanı dəyişdirən alimlər", "Nobel mükafatlı qadınlar", "Tarixə adını yazan qadınlar" (3 cilddə), "Onun sevgi məktubları", "Aşk başka", "O", "Məndən sonra", "Sevgidən eşqə", "Rauf Denktaş: həyatı, mübarizəsi, arzusu, ümidi…", "Quzey Kıbrıs və Kıbrıs türkləri", "Qənirə Paşayeva ilə addım-addım Qaqauziya", "Addım-addım Özbəkistan", "Qardaşım QAZAXISTAN", "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası", "Addım-addım Yaponiya", "Addım-addım Albaniya", "Türk ruhunun söz bayrağı Əhməd Cavad" (ortaq), "Qarabağdan doğan Günəş – Xurşudbanu Natavan" (ortaq), "Bir Vatandan bir Vatana - Almas Yıldırım" (ortaq), "Ağ filin uğur gətirdiyi ölkə - Tailand", "Sirlər dünyasına səyahət - Misir", "Tovuz şəhidləri (44 günlük Vətən müharibəsi)", "Tarixə adını yazan Azərbaycan qadınları" və b. kitabları gün üzü görüb; o, həmçinin onlarla kitabın önsöz yazarı, redaktoru, məsləhətçisi, rəyçisi olub. 
 
Qənirə Paşayevanın "filmoqrafiya"sı da zəngindir: "Apreldən əvvəl may..." (2001), "Erməni soyqırımı. Türkün sözü" (2001), "Mənə inanın!" (2007), "Ruhum qarabağlıdır" (2012) və b. filmlər onun ssenarisi, rejissorluğu əsasında çəkilib.
 
Qənirə xanım Paşayevanın şəhid ailələrinə, qazilərə, yaradıcı insanlara, gənclərə ona müraciət edən hər bir vətəndaşa yüksək diqqət-qayğısı, həssasiyyəti xüsusi bir örnək təşkil edir. 
 
Əsil jurnalist, xalqın elçisi Qənirə xanımı doğumunun 51 ci  ildönümündə hörmətlə, ehtiramla anırıq. 
  
Ruhu şad olsun!

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.