Dəmir yumruq » Cəmiyyət » 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
Cəmiyyət / Bugün, 10:49

8 Mart - Beynəlxalq Qadınlar Günüdür

 

Qadın cəmiyyətin mənəvi dayağı, ailə inistitunun əsas sütunu və dövlətin sosial inkişafında mühüm rol oynayan aparıcı qüvvələrdən biridir. Tarixin bütün dövrlərində qadınlar ictimai tərəqqinin, mədəni inkişafın və milli dəyərlərin yaradılmasının əsas daşıyıcıları olmuşlar. Onların zəhməti, müdrikliyi, fədəkarlığı, cəmiyyətin davamlı inkişafına, gələcək nəsillərin sağlam mənəvi ruhda formalaşmasına mühüm töhfə verir.


Tariximizin, mədəniyyətimizin neçə-neçə şanlı parlaq səhifəsi məhz onların adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, siyasi xadimlər bəxş etmişlər. Eyni zamanda müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin parlaq səhfələrində unudulmaz yer alır. Elm, təhsil, mədəniyyət, səhiyyə, idman və digər sahələrdə qazandığı nəaliyyətlər onların çox böyük mədəni potensiala, intelektual səviyyəyə, dərin zəkaya və digər yüksək keyfiyyətlərə malik olmasından xəbər verir.


Azərbaycan qadınlarının hüquqlarının təmin olunması sahəsində ölkəmiz şərq dünyasında öncül mövqedə olmuşdur. Şərqdə ilk dəfə seçib-seçilmək hüququnu 1918-ci ildə Azərbaycan qadınları əldə ediblər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu hüququn verilməsi ölkəmizin demokratik inkişafında mühüm addımlardan biri olmuş və qadınların cəmiyyətin idarə olunmasında iştirakına imkan yaratmışdır.


Azərbaycan qadınları tarixən maariflənməyə, elmə və mədəniyyətə böyük önəm vermiş, milli dəyərlərə sadiq qalaraq onları gələcək nəsillərə ötürmüşlər. Müasir dövrdə də Qadınlarımız müxtəlif sahələrdə uğurla fəaliyyət göstərərək ölkənin inkişafına töhfə verməkdə davam edirlər.


Müstəqillik dövründə Azərbaycanda qadın siyasətinin formalaşması və inkişafı Ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə qadın hüquqlarının qorunması, gender bərabərliinin təmin edilməsi və qadınların ictimai – siyasi həyatda fəallığın artırılması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Ümummilli lider tərəindən həyata keçirilən ardıcıl siyasət nəticəsində qadın hüquqlarının hüquqi əsasları daha da möhkəmləndirilmiş, qadınların dövlət idarəçiliyində və cəmiyyət həyatında rolu artmışdır.


1998-ci ildə Azərbaycan qadınlarının ilk qurultayının keçirilməsi qadınların hüquqlarının müdafiəsi, onların icimai həyatda rolunun artırılması və gender fəaliyyətində təmin olunması istiqamətində yeni mərhələnin başlanğıcını qoymuşdur. Qadın hərəkatının inkişafı baxımından mühüm mərhələ olmuşdur.  Ümummilli lider Heydər Əliyev hər zaman qadın şəxsiyyətinə böyük hörmətlə yanaşır və məhz buna görə də ölkədə qadınların kişilərlə bərabər fəal vətəndaşlıq mövqeyi sərgiləməsini, ölkənin ictimai-siyasi həyatının bütün sahələrində qadınların da yer almasını istəyirdi. Bunun nəticəsidir ki, qadınlarımız milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, mədəni, idman,elm-təhsil, səhiyyə və bir çox başqa sahələrdə fəal iştirak etmiş və dəyərli töhfələr vermişdir.


Bu gün Azərbaycanda dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Azərbaycan qadınları fəal vətəndaşlıq mövqeyi nümayiş etdirərək dövlət quruculuğu prosesində, ictimai-siyasi həyatda və bir çox sahələrdə böyük uğurlar qazanırlar. Qadınlarımız Azərbaycan ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında xidmət edirlər. Öz sədaqəti, qəhrəmanlığı, vəfası, müdrikliyi, qadın adını uca tutmağı ilə hər zaman seçilən qadınlarımızın bu gün də vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirmələri Azərbaycan qadınının əsl ləyaqətli simasını bir daha təsdiq edir. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları hünər və igidlik göstərərək tariximizdə parlaq səhfələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər. Onların fəaliyyəti artıq cəmiyyət həyatının bütün sahələrini əhatə edir və ölkənin inkişafına mühüm töhfə verir.


Ləyaqətli Azərbaycan qadınının müasir dövrümüzdə ən böyük təcəssümü hər zaman Prezidentimizin yanında olan, onunla çiyin-çiyinə işləyən, daim dəstək göstərən ölkəmizin ictimai-siyasi mədəni həyatında mühüm rol oynayan, tariximizi, mədəniyyətimizi, musiqimizi təbliğ edən, dövlətimizi ən yüksək şəkildə təmsil edən Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın fəaliyyəti timsalında inkarolunmazdır. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır, Birinci vitse-prezident kimi Mehriban xanım özünün peşəkarlığı, biliyi, idarəetmə qabiliyyəti ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhfəsini açmış, idarəetmədə qadınların rolunun artmasına dəstək olmuşdur.


Hər il Beynəlxalq Qadınlar Günü ərəfəsində ölkə başçısı ənənəvi olaraq Azərbaycan qadınlarını təbrik edir, fəaliyyəti ilə seçilən qadınlarımız fəxri adlar alır, orden və medallarla təltif olunurlar. Dövlət başçısı ölkəmizin inkişafında, xalqımızın və dövlətimizin qazandığı uğurlarda qadınların rolunu yüksək qiymətləndirir.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.