Dəmir yumruq » Dünya » Rusiya Xarkovda yaşayış binasına zərbə endirib
Dünya / Bugün, 10:07

Rusiya Xarkovda yaşayış binasına zərbə endirib

 

Rusiyanın bu gecə Ukraynaya hücumu nəticəsində aralarında uşaqlar olmaqla 7 nəfər ölüb, 10-dan çox insan yaralanıb.

Demiryumruq.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” səhifəsində bildirib.

“Xarkovda gecədən bəri Rusiya tərəfindən ballistik raketlə vurulan binanın giriş hissəsi dağılıb, qonşu binanın yuxarı mərtəbələri zədələnib. Təəssüf ki, hazırkı məlumata görə, yeddi nəfər həlak olub. On nəfərdən çox insan yaralanıb, onların arasında uşaqlar da var. Dağıntılar altında hələ də insanlar qala bilər. Bütün zəruri xidmətlər xilasetmə işlərini davam etdirir”, – o bildirib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.