Dəmir yumruq » Manşet » AB və Azərbaycan arasında mühüm müzakirə
Manşet / Dünya / Dün, 23:04

AB və Azərbaycan arasında mühüm müzakirə

 

Avropa Birliyinin (AB) Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopman Azərbaycanın dövlət və hökümət rəsmiləri ilə səmərəli danışıqlar aparıb.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə baş direktor X hesabındakı paylaşımında bildirib.
 
"Avropa Birliyi və Azərbaycan arasında sülh gündəliyi, regional bağlantılar və tərəfdaşlıq məsələləri müzakirə olunub. Prezidentin köməkçisi Hikmət Hacıyev və Elçin Əmirbəyovla (Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi - red.) AB-nin minalardan təmizləmə, sosial-iqtisadi inkişaf sahəsində dəstəyi, eləcə də Orta Dəhliz üzrə əlaqələndirmənin növbəti mərhələləri ətrafında fikir mübadiləsi aparılıb", - paylaşımda qeyd olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.