Dəmir yumruq » Manşet » AB Rusiya ilə bağlı bu qərarı təsdiqlədi
Manşet / Dünya / Bugün, 13:48

AB Rusiya ilə bağlı bu qərarı təsdiqlədi

 

Avropa Birliyi ölkələri 2027-ci ilin sonuna qədər Rusiyadan qaz idxalını qadağan edən qanunu təsdiqləyiblər.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
 
Qərara əsasən, AB Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəməri qazının idxalını isə 30 sentyabr 2027-ci ilə qədər dayandıracaq.
 
Qeyd edək ki, qanunla bağlı keçirilən görüşdə Slovakiya və Macarıstan qərarın təsdiqlənməsinin əleyhinə səs veriblər. Hətta Macarıstan etiraz edərək məsələni Avropa Ədalət Məhkəməsinə aparacağını bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.