Dəmir yumruq » Manşet » Əbu-Dabidə Ukrayna üzrə danışıqların ikinci raundu başa çatdı
Manşet / Dünya / Bugün, 14:30

Əbu-Dabidə Ukrayna üzrə danışıqların ikinci raundu başa çatdı

 

Əbu-Dabidə Ukraynada müharibənin nizamlanması ilə bağlı danışıqların ikinci raundu start götürüb.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
 
"Assoşeyted Press" agentliyinə danışan mənbənin sözlərinə görə, danışıqlar prosesində format tez-tez dəyişir.
 
“Bəzən iştirakçılar hansısa məsələləri ayrıca müzakirə etmək üçün kənara çəkilirlər, bəzən hamı bir araya gəlir, bəzən isə bir neçə qrup mövzular üzrə bölünür”, - mənbə bildirib.
 
Qeyd edilib ki, qapalı keçirilən danışıqların birinci günündə əsas müzakirə mövzuları arasında bufer zonaların yaradılması və müxtəlif nəzarət mexanizmləri yer alıb.
 
***
 
Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqlar başa çatıb.
 
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.