Dəmir yumruq » Manşet » "Ukrayna ordusu Donbasdan çıxmalıdır” - Peskov
Manşet / Dünya / Dün, 19:01

"Ukrayna ordusu Donbasdan çıxmalıdır” - Peskov

 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinq zamanı Ukrayna münaqişəsinin nizamlanması üçün Moskvanın əsas şərtini bir daha bəyan edib.
 
Demiryumruq.az xəbər verir ki, Peskov Ukrayna Silahlı Qüvvələrinin Donbas (Donetsk və Luqansk vilayətləri – red.) ərazisindən tamamilə geri çəkilməli olduğunu vurğulayıb.
 
“Ukrayna Silahlı Qüvvələri Donbasdan çıxmalıdır. Bu, nizamlanma üçün çox vacib şərtdir. Danışıqlar masasında hələ müzakirə olunmalı digər nüanslar da qalmaqdadır”, – deyə o söyləyib.
 
Qeyd edək ki, sözügedən bəyanat Əbu-Dabidə keçirilən üçtərəfli sülh danışıqları ilə eyni vaxta təsadüf edir.
 
Xatırladaq ki, dünən gecə Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ-nin xüsusi nümayəndəsi Stiven Uitkoff və Prezident Trampın kürəkəni Cared Kuşneri qəbul edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.