Dəmir yumruq » Manşet » "Sülh Şurasının Nizamnaməsi”nə hansı ölkələr imza atdı? - Siyahı
Manşet / Dünya / Dün, 22:22

"Sülh Şurasının Nizamnaməsi”nə hansı ölkələr imza atdı? - Siyahı

 

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə Qəzzanın müharibədən sonrakı bərpası və idarə olunmasını hədəfləyən tarixi “Sülh Şurasının Nizamnaməsi” imzalanıb.
 
Demiryumruq.az xəbər verir ki, sözügedən şura Qəzzanın demilitarizasiyası, yenidən qurulması və bölgəyə beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi kimi kritik məsələlərə nəzarət edəcək.
 
Qeyd edək ki, sənədə imza atan ölkələr arasında Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, Ermənistan, Argentina, Bəhreyn, Bolqarıstan, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Qətər, Mərakeş, Monqolustan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Paraqvay, Kosovo, Səudiyyə Ərəbistanı və Özbəkistan yer alıb. 
 
Xatırladaq ki, “Sülh Şurası” Qəzzada keçid dövrünün idarə edilməsi və investisiyaların cəlb olunması üçün əsas beynəlxalq platforma rolunu oynayacaq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.