Dəmir yumruq » Manşet » Ehtiyat təyyarə ilə Davosa yola düşdü
Manşet / Dünya / Bugün, 10:40

Ehtiyat təyyarə ilə Davosa yola düşdü

 

Dünya İqtisadi Forumunda (WEF) iştirak etmək üçün Davosa yola düşən ABŞ Prezidenti Donald Trampın “Air Force One” təyyarəsi Vaşinqton yaxınlığındakı Endrüs aviabazasına geri qayıtmalı olub. 
 
Demiryumruq.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat yayıb. 
 
Buna səbəb “Air Force One”da nasazlıqların aşkar edilməsidir. Belə ki, ABŞ liderinin təyyarəsinin elektrik naqillərində cüzi problemin qeydə alındığı bildirilib. 
 
Məlumata görə, Tramp təyyarə dəyişdirildikdən sonra yenidən Davosa yola düşəcək.
 
***
 
CNN telekanalının məlumatına görə, ABŞ lideri ehtiyat təyyarə ilə Davosa yola düşüb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.