Dəmir yumruq » Manşet » Avropa DÇ-2026-nın boykotunu müzakirə edir - KİV
Manşet / Dünya / Bugün, 19:16

Avropa DÇ-2026-nın boykotunu müzakirə edir - KİV

 

Bu yay ABŞ-da keçiriləcək Dünya Çempionatını (DÇ-2026) boykot etmək ideyası Qrenlandiya ilə bağlı mübahisə fonunda Avropada müzakirə olunur.
Demiryumruq.az xəbər verir ki, bu barədə “Ekonomist” nəşri məlumat yayıb.
 
“Qrenlandiyadakı vəziyyəti nəzərə alsaq, Brüsseldə (AB) əhval-ruhiyyə hazırda qəmgin, hətta üsyankardır. Bu yay Amerikada keçiriləcək Dünya Kubokunun boykot edilməsi müzakirə olunur ki, bu da ABŞ-ın 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya Oyunlarını boykot etməsini xatırladır”, - nəşr bildirib.
 
Qeyd edək ki, DÇ-2026 yayda ABŞ, Kanada və Meksikada keçiriləcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.