Dəmir yumruq » Manşet » Tramp Qrenlandiya, Kanada və Venesuelanın ABŞ bayraqlı xəritəsini paylaşdı
Manşet / Dünya / Bugün, 19:12

Tramp Qrenlandiya, Kanada və Venesuelanın ABŞ bayraqlı xəritəsini paylaşdı

 

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Venesuela, Kanada və Qrenlandiyanın ABŞ bayrağı ilə örtüldüyünü göstərən şəkil paylaşıb.
 
Demiryumruq.az xəbər verir ki, ABŞ lideri fotonu "Truth Social" platformasında dərc edib.
 
Süni intellekt tərəfindən yaradılan şəkildə Tramp Ağ Evdəki masasında əyləşib, Avropa liderləri isə onun qarşısında düzülüblər. Yaxınlıqdakı divarda ABŞ bayrağı ilə örtülmüş ABŞ, Kanada, Qrenlandiya və Venesuelanın xəritəsi yer alır.
 
Tramp Qrenlandiya, Kanada və Venesuelanın ABŞ bayraqlı xəritəsini paylaşdı
 
Bir az sonra dərc olunan başqa bir şəkildə Trampın vitse-prezident Ceyms Devid Vens və dövlət katibi Marko Rubio ilə birlikdə Qrenlandiyaya ABŞ bayrağını sancdığı görünür.
 
Tramp Qrenlandiya, Kanada və Venesuelanın ABŞ bayraqlı xəritəsini paylaşdı

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.