Suriya Ərəb Ordusunun bütün əməliyyat sektorlarında 20 yanvar 2026-cı il, çərşənbə axşamı, saat 20:00-dan (Bakı vaxtı ilə 21:00) etibarən atəşkəs elan edirik.
Bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu qərar Suriya dövlətinin SDQ ilə elan etdiyi anlaşmalara sadiq qalaraq və göstərilən milli səylərin uğur qazanması üçün dörd gün müddətində qüvvədə qalacaq.
Müdafiə Nazirliyi Suriya xalqının bütün tərkib hissələrinin qalxanı olaraq qalacağını və bu yolda səylərini əsirgəməyəcəyini, bütövlükdə Suriya icmasının təhlükəsizliyini və sabitliyini qoruyacağını təsdiqləyir”, - məlumatda bildirilib.