Dəmir yumruq » Manşet » Rza Pəhləvi Trampa çağırış etdi - “Hazır olun”
Manşet / Dünya / Bugün, 07:31

Rza Pəhləvi Trampa çağırış etdi - “Hazır olun”

 

İranın mühacirətdə olan vəliəhdi Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampa müraciət edərək, ölkədə davam edən kütləvi etirazları qanlı şəkildə yatırmaq istəyən Tehran hakimiyyətinə qarşı təcili müdaxilə etməyə çağırıb.
 
Demiryumruq.az xəbər verir ki, vəliəhd “X” sosial media hesabında iranlıların hazırda həm odlu silahlar, həm də tam rabitə kəsintisi ilə üz-üzə qaldığını yazıb.
 
“Xahiş edirəm, İran xalqına kömək etmək üçün müdaxilə etməyə hazır olun. Dünən gecə küçələrdə milyonlarla cəsur iranlının silahlarla üzləşdiyini gördünüz. Bu gün onlar təkcə güllələrlə deyil, həm də tamamilə rabitə kəsintiləri ilə üzləşirlər. İnternet və stasionar telefon rabitəsi yoxdur”, – deyə o müraciətində vurğulayıb.
 
Xatırladaq ki, dekabrın 28-dən bəri İranda artan yaşayış xərclərinə etiraz olaraq başlayan aksiyalar iğtişaşlara çağrılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.