Dəmir yumruq » Manşet » "Maduro həyat yoldaşı ilə birgə ələ keçirilib”
Manşet / Dünya / 3-01-2026, 19:30

"Maduro həyat yoldaşı ilə birgə ələ keçirilib”

"Venesuela Prezidenti Nikolas Maduro həyat yoldaşı ilə birgə ələ keçirilib və ölkədən çıxarılıb”.

 
Demiryumruq.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trump “Truth Social” sosial şəbəkə hesabında yazıb. 
 
ABŞ liderinin sözlərinə görə, ölkəsi Venesuelaya genişmiqyaslı zərbə endirib.
 
O bildirib ki, əməliyyat ABŞ-nin hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib. 
 
Tramp məsələ ilə bağlı detalların daha sonra açıqlanacağını da əlavə edib.
 
Xatırladaq ki, bu gün Venesuelanın paytaxtı Karakasda bir neçə partlayış baş verib. “CBS News”un jurnalisti Cennifer Ceykobs ABŞ Prezidenti Donald Trampın Venesuelada obyektlərə zərbə endirmək barədə göstəriş verdiyini bildirib. Daha sonra, Ağ Ev Karakasa zərbə endirildiyini təsdiq edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.