Dəmir yumruq » Manşet » Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 3 polis həlak oldu
Manşet / Dünya / Dün, 10:48

Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 3 polis həlak oldu

 

Türkiyənin Yalova şəhərində İŞİD-ə qarşı əməliyyat keçirilib.
 
Demiryumruq.az xəbər verir ki, bununla bağlı “TRT Haber” məlumat yayıb.
 
Bildirilib ki, keçirilən əməliyyat zamanı 7 polis əməkdaşı yaralanıb.
 
Yaralanan şəxslər xəstəxanaya yerləşdirilib.
 
Onların sağlamlıq vəziyyətlərinin yaxşı olduğu bildirilib.
 
***
 
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı 3 polis əməkdaşı şəhid olub: “Həmçinin atışma zamanı 8 polis əməkdaşı və 1 mühafizəçi yaralanıb”.
 
Qeyd olunub ki, əməliyyat zamanı 6 İŞİD terrorçusu zərərsizləşdirilib.
 
***
 
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç isə hadisə ilə bağlı 5 nəfərin şübhəli qismində saxlanıldığını açıqlayıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.