Dəmir yumruq » Manşet » Türkiyə dünya aviasiya tarixində ilkə imza atdı
Manşet / Dünya / Bugün, 19:52

Türkiyə dünya aviasiya tarixində ilkə imza atdı

 

Dünya aviasiya tarixində ilk dəfə olaraq Türkiyədə iki pilotsuz döyüş təyyarəsi avtonom şəkildə bir-birinə çox yaxın məsafədə uçuş həyata keçirib.
 
“Baykar” şirkəti tərəfindən verilən açıqlamaya görə, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan “Bayraktar Kızılelma”nın inkişaf prosesi yeni qabiliyyətlərin inteqrasiyası ilə ardıcıl şəkildə davam edir.
 
Çorluda yerləşən “AKINCI” Uçuş Təlim və Sınaq Mərkəzində aparılan işlər çərçivəsində iki fərqli “Bayraktar Kızılelma” prototipi eyni vaxtda səmada tapşırıq icra edib.
 
Keçirilən sınaq uçuşunda “Bayraktar Kızılelma” nın üçüncü prototipi PT3 və beşinci prototipi PT5 bir-birinin ardınca havaya qalxıb. Səmaya qalxan iki pilotsuz döyüş təyyarəsi “Baykar” mühəndisləri tərəfindən hazırlanmış ağıllı filo avtonomiyası alqoritmləri sayəsində bir-biri ilə koordinasiyalı şəkildə hərəkət edərək, avtonom döyüş pilotu rejimində formasiya uçuşu həyata keçirib.
 
Bununla da, dünya aviasiya tarixində ilk dəfə iki pilotsuz döyüş təyyarəsi avtonom olaraq bir-birinə çox yaxın məsafədə uçuşu icra edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.