Dəmir yumruq » Manşet » Türkiyə Ukrayna danışıqlarına ev sahibliyi etmək istəyir
Manşet / Dünya / Bugün, 17:57

Türkiyə Ukrayna danışıqlarına ev sahibliyi etmək istəyir

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Türkiyənin Ukrayna üzrə istənilən formatda danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
 
“Türkiyə Prezidenti Ankaranın müharibənin dayandırılması üzrə danışıqlar prosesini diqqətlə izlədiyini və bu kontekstdə Türkiyənin istənilən formatda danışıqlara ev sahibliyi etməyə hazır olduğunu qeyd edib”, – deyə məlumatda qeyd olunub.
 
Xatırladaq ki, prezidentlər arasındakı görüş Putin Aşqabada gəldikdən sonra baş tutub

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.