Dəmir yumruq » Manşet » Qəzada həlak olan hərbçilərlə vida mərasimi keçirildi -foto
Manşet / Dünya / 14-11-2025, 14:17

Qəzada həlak olan hərbçilərlə vida mərasimi keçirildi -foto

 

 

 

 

Ankarada Türkiyəyə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsində həlak olan 20 hərbçi ilə vida mərasimi keçirilib.
 
Mərasim Mürted Hava Meydan Komandanlığında təşkil edilib.
 
Tədbirə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müavini Cevdet Yılmaz, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, müdafiə naziri Yaşar Güler, eləcə də dövlət rəsmiləri, siyasətçilər, Türkiyə Silahlı Qüvvələrinin komandanlığı və şəhid ailələri qatılıb.
 
Mərasimdən sonra hərbçilərin cənazələri dəfn yerlərinə yola salınıb.
 
Xatırladaq ki, noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli təyyarənin qəzaya uğraması nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həlak olub.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.