Dəmir yumruq » Manşet » Tramp “Sülh Memarı” mükafatına layiq görüldü
Manşet / Dünya / 14-11-2025, 10:51

Tramp “Sülh Memarı” mükafatına layiq görüldü

 

ABŞ Prezidenti Donald Tramp 1995-ci ildə keçmiş prezident Riçard Niksonun fondu tərəfindən təsis edilən “Sülh Memarı” mükafatını alıb.
 
Bu haqda Ağ Evin mətbuat xidməti məlumat yayıb.
 
Riçard Niksona bənzəyən heykəlcik Nikson ailəsinin üzvlərinin iştirakı ilə fondun direktorlar şurasının sədri Robert O'Brayen tərəfindən Trampa təqdim edilib.
 
Tramp bu mükafata “vasitəçilik etdiyi atəşkəs və sülh razılaşmalarına görə” layiq görülüb. Bəyanatda həmçinin Qəzza sülh sazişinə, eləcə də Azərbaycan-Ermənistan və Hindistan və Pakistan arasında mübahisələrin həlli üçün aparılan danışıqlara istinad edilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.