Ordu, donanma və aerokosmik qüvvələr Rusiyanın müttəfiqləridir.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz tez-tez xatırlayırıq ki, Rusiyanın iki müttəfiqi var - ordu və donanma, amma mütləq aerokosmik qüvvələr əlavə edilməlidir”, - Lavrov bildirib.
Qeyd edək ki, “Rusiyanın yalnız iki müttəfiqi var – ordu və donanma” ifadəsi Rusiya imperatoru III Aleksandra məxsusdur.