ABŞ Macarıstanın maliyyə sisteminin siyasi və ya spekulyativ məqsədlər üçün həyata keçirilə biləcək xarici hücumlardan qorunmasını təmin edəcək.
Bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
“Amerikalılar Macarıstanın maliyyə sisteminə hər hansı bir xarici hücum olarsa, qoruyacaqlarına söz veriblər. Bu, çox vacibdir. Əgər Macarıstana kənardan, məsələn, spekulyativ və ya siyasi məqsədlər üçün hücum edilərsə, biz Amerikanın maliyyə müdafiəsinə güvənə bilərik”, - Orban bildirib.