
Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı 19-cu sanksiyalar paketini rəsmən təsdiqləyib.
Bu barədə Aİ Şurası məlumat yayıb.
“19-cu paket digər ölkələrin bayraqları altında Rusiya neftini daşıyan 100-dən çox tankerə qarşı məhdudiyyətləri əhatə edir. Paket çərçivəsində həmçinin Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) ixracına qadağa qoyulub”, - məlumatda deyilir.
Bundan başqa, yeni sanksiyalar Rusiya diplomatlarının Aİ-yə üzv ölkələrin ərazisində hərəkətinin məhdudlaşdırılmasını nəzərdə tutur.