
İsrail ilə Fələstinin HƏMAS hərəkatı arasında danışıqlar oktyabrın 6-da Misirdə keçiriləcək.
Bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Oktyabrın 6-da Misirdə HƏMAS və İsrail nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar keçiriləcək. Tərəflər ABŞ Prezidenti Donald Trampın Qəzza sektorunda münaqişənin həllinə dair planına uyğun olaraq İsrail girovlarının fələstinli məhbuslarla mübadiləsi üçün şərait yaradılmasını müzakirə etməyi planlaşdırırlar", - Misir XİN-dən bildirilib.
İsrail və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə Qəzza münaqişəsinin həlli üzrə danışıqlar bazar günü Misirdə başlayacaq.
Bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.
Məlumata görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff artıq Misirə gedib.
Qeyd olunur ki, Donald Trampın Qəzza sülh planını hazırlayanlar arasında olan ABŞ prezidentinin kürəkəni Cared Kuşner də ABŞ tərəfdən danışıqlarda iştirak edə bilər.