Dəmir yumruq » Manşet » Ərdoğanın göstərişi ilə MİT hərəkətə keçdi – Fidan
Manşet / Dünya / 5-10-2025, 09:23

Ərdoğanın göstərişi ilə MİT hərəkətə keçdi – Fidan

 

İsrail tərəfindən saxlanılan Qlobal Sumud Donanmasının fəallarının İstanbula gətirilməsi üçün prezidentimizin göstərişi ilə Milli İstehbarat Təşkilatı (MİT) hərəkətə keçdi. Koordinasiyaya Türkiyə rəhbərlik etdi.
 
Bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan “TRT Haber”ə müsahibəsində deyib.
 
"Fələstinlə bağlı həssaslığımızı dünya bilir. Bu etiraza qatılan qardaş və bacılarımızı təbrik edirəm. Bunun bir çox dövləti bir araya gətirən aksiya olması önəmli idi. İsraildə qalan türk fəallarla bağlı prosessual addımlar atılacaq. Ən geci bir neçə gün ərzində onları və digər qardaşlarımızı da sərbəst buraxdıracağıq”, - deyə Fidan bildirib.
 
Qeyd edək ki, ötən gün İsrail tərəfindən beynəlxalq sularda saxlanılan Sumud donanmasının 137 iştirakçısı Türkiyəyə gətirilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.