Mərmərə dənizində baş verən və İstanbulda güclü hiss edilən zəlzələ nəticəsində 17 nəfər xəsarət alıb.
Bu barədə İstanbul valisi Davut Gül açıqlama verib.
Onun sözlərinə görə, yaralıların hamısı təşviş nəticəsində xəsarət alıb.
16:10
İstanbulda 5 bal gücündə zəlzələ baş verib.
Oxu.Az bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi saytına istinadla xəbər verir.
Bildirilir ki, zəlzələ ocağı 6.71 km dərinlikdə olub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.22