Dəmir yumruq » Manşet » Naməlum PUA-lar bu dəfə Almaniya səmasında göründü
Manşet / Dünya / 2-10-2025, 07:35

Naməlum PUA-lar bu dəfə Almaniya səmasında göründü


 

Almaniya səmasında naməlum pilotsuz uçuş aparatları (PUA) görünüb.
 
Bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
 
Bildirilib ki, PUA-lar Şlezviq-Holşteyn torpağında Almaniya və NATO üçün sualtı qayıqlar istehsal edən “Thyssenkrupp” gəmiqayırma zavodunun üzərində görüntülənib.
 
Dronlar həmçinin universitetin tibb mərkəzinin, elektrik stansiyasının, əyalət parlamentinin binasının və “Heide” neft emalı zavodunun üstündə də müşahidə edilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.