Dəmir yumruq » Manşet » Fələstini tanımaq planı ilə razı deyiləm - Tramp
Manşet / Dünya / 21-09-2025, 15:00

Fələstini tanımaq planı ilə razı deyiləm - Tramp

Fələstini tanımaq planı ilə razı deyiləm - Tramp
 
Böyük Britaniyanın Fələstini tanımaq planı ilə razı deyiləm və bu mövzuda baş nazirlə (Britaniya Baş naziri Keir Starmer – red.) fikir ayrılığı yaşayırıq.
 
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
 
“Bu məsələdə baş nazir ilə fikir ayrılığımız var. Əslində, bu bizim azsaylı fikir ayrılıqlarımızdan biridir”, - Tramp bildirib.
 
ABŞ prezidenti HƏMAS tərəfindən girov saxlanılan insanların azad olunmasının prioritet olduğunu vurğulayıb:
 
“Girovlar dərhal geri qaytarılmalıdır. İsrail xalqı da bunu istəyir”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.