Dəmir yumruq » Manşet » Ukrayna üzrə danışıqlar dərhal bərpa olunmalıdır! - Fidan
Manşet / Dünya / 12-09-2025, 08:56

Ukrayna üzrə danışıqlar dərhal bərpa olunmalıdır! - Fidan

 

Ukrayna ilə bağlı danışıqlar dayandırıldığı mərhələdən davam etdirilməlidir.
 
Bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan italiyalı həmkarı Antonio Tayani ilə keçirdiyi mətbuat konfransında deyib.
 
"Sülh və atəşkəslə bağlı danışıqlar dayandırıldığı nöqtədən bərpa olunmalıdır. Türkiyə və İtaliya bu müharibənin dərhal dayandırılmasının zəruriliyi ilə bağlı fikirlərində yekdildir. Mən bunu hörmətli həmkarımla müzakirə etmişəm. Bu, təkcə regional təhlükəsizliyi təhdid etmir, həm də qlobal təhlükəsizliyə ciddi təhdid yaradır. Əvvəldən müharibənin sona çatmasının vacibliyini dəfələrlə və israrla vurğulamışıq”, - deyə Fidan bildirib.



DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.