Bu gün həqiqətən möhtəşəm irəliləyişlər əldə etdik. Putinlə çətin görüşlər keçirdim, amma onunla həmişə əla münasibətim olub.
Bunu ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə keçirilən mətbuat konfransında bildirib.
“Çox məhsuldar görüş oldu — bir çox məsələlər razılaşdırıldı, yalnız bir neçə məsələ qaldı. Hələ ora çatmamışıq, amma yaxşı bir şans var ki, çatacağıq. Yalnız bir neçə məsələ qalıb”, - Tramp qeyd edib.