Dəmir yumruq » Manşet » Putin və Trampın tarixi görüşü başladı - Foto
Manşet / Dünya / Dün, 22:33

Putin və Trampın tarixi görüşü başladı - Foto

 

Rusiya Prezidenti Vladimir Putinin olduğu təyyarə Alyaskaya eniş edib.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə “Flightradar24” portalının məlumatında deyilir.
 
Prezident “Tu-214” təyyarəsində Ankoric şəhərinə gəlib.
 
Burada dövlət başçısı amerikalı həmkarı Donald Trampla Ukrayna münaqişəsinin nizamlanmasına dair danışıqlar aparacaq.
 
***
 
Rusiya Prezidenti Vladimir Putin Bakı vaxtı ilə saat 22:54-də Ankoricə çatıb.
 
Saat 23:30-da isə Elmendorf-Riçardson hərbi bazasında ABŞ və Rusiya liderlərinin görüşü gözlənilir.
 
***
 
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp danışıqlara başlamazdan əvvəl Ankoricdə demək olar ki, eyni vaxtda təyyarələrindən enərək bir-birini salamlayıblar.
 
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
 
***
 
Liderlər arasında görüş başlayıb.
 
***
 
Putin-Tramp görüşü mətbuata qapalı formada davam edir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.