Rusiya Prezidenti Vladimir Putinin olduğu təyyarə Alyaskaya eniş edib.
Demiryumruq.az xəbər verir ki, bu barədə “Flightradar24” portalının məlumatında deyilir.
Prezident “Tu-214” təyyarəsində Ankoric şəhərinə gəlib.
Burada dövlət başçısı amerikalı həmkarı Donald Trampla Ukrayna münaqişəsinin nizamlanmasına dair danışıqlar aparacaq.
***
Rusiya Prezidenti Vladimir Putin Bakı vaxtı ilə saat 22:54-də Ankoricə çatıb.
Saat 23:30-da isə Elmendorf-Riçardson hərbi bazasında ABŞ və Rusiya liderlərinin görüşü gözlənilir.
***
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp danışıqlara başlamazdan əvvəl Ankoricdə demək olar ki, eyni vaxtda təyyarələrindən enərək bir-birini salamlayıblar.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
***
Liderlər arasında görüş başlayıb.
***
Putin-Tramp görüşü mətbuata qapalı formada davam edir.