Dəmir yumruq » Dünya » Aİ vətəndaşlarına böhran xəbərdarlığı - “İlk üç gün üçün hazır olun”
Dünya / Bugün, 06:17

Aİ vətəndaşlarına böhran xəbərdarlığı - “İlk üç gün üçün hazır olun”

 

Avropa İttifaqı (Aİ) Komissiyası Avropanın daha tez-tez və mürəkkəb böhranlarla üzləşdiyini bildirərək, fövqəladə hallar üzrə yeni təlimat dərc edib. Sənəddə vətəndaşların ictimai yardım səfərbər olunana qədər, yəni ilk üç gün (72 saat) ərzində əsas ehtiyaclarını özlərinin qarşılaması tövsiyə edilir.
 
Demiryumruq.az xəbər verir ki, Bərabərlik, Hazırlıq və Böhranların İdarə Edilməsi üzrə Aİ komissarı Haca Lahbib tərəfindən Brüsseldəki 9-cu Avropa Mülki Müdafiə Forumunda elan edilən təlimata əsasən, fövqəladə hallara hazırlığın məktəbəqədər və ibtidai təhsil proqramlarına daxil edilməsi, təhsil işçilərinə təlimlərin keçilməsi və əlilliyi olan şəxsləri əhatə edən inklüziv tədbirlərin görülməsi planlaşdırılır.
 
Sənəd həmçinin səlahiyyətli orqanların fövqəladə haldan əvvəl, hadisə zamanı və sonrasında əhaliyə etibarlı məlumat verməsini nəzərdə tutur.
 
Fövqəladə hallara hazırlığı bütün Avropada ortaq prioritetə çevirmək məqsədilə 2027-ci ildən etibarən hər il oktyabrın 23-nün “Aİ Hazırlıq Günü” kimi qeyd olunması təklif edilir.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.