Dəmir yumruq » Manşet » Brüsseldə üçtərəfli görüş oldu
Manşet / Dünya / Dün, 20:18

Brüsseldə üçtərəfli görüş oldu

 

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Brüsselə işgüzar səfər edib.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
 
Bildirilib ki, bu gün Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen arasında üçtərəfli görüş planlaşdırılır.
 
***
 
Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında üçtərəfli görüş başlayıb.
 
***
 
Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında üçtərəfli görüş başa çatıb.
 
Paşinyan Brüsseldə keçirilən görüşü məhsuldar adlandırıb.
 
“Avropa İttifaqı Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə məhsuldar söhbətimiz oldu”, - Baş nazir feysbuk hesabında paylaşım edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.