Türk, kürd və ərəblərin birliyindən bu ölkənin övladı nə üçün narahat olur?!
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP-nin sədri Özgür Özəlin “ümmətçilik”lə bağlı ittihamlarına cavabında deyib.
“Bizi ümmətçilikdə ittiham edir. Ümmətin birliyini qorumaq nə zamandan bəri cinayət sayılır?! Əlbəttə, bunlar ümmət şüurunu anlamazlar. Bir divarda kərpic kimi birləşməyimizin nəyi yanlışdır?” - Ərdoğan bildirib.