Dəmir yumruq » Manşet » Bu gündən etibarən Türkiyə üçün yeni tarixi səhifə açıldı
Manşet / Dünya / Bugün, 10:10

Bu gündən etibarən Türkiyə üçün yeni tarixi səhifə açıldı

 

Türkiyə 47 illik terror bəlasından PKK-nın dünən silahları təhvil verməsi ilə xilas olmağa başladı.
 
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın 32-ci “Məsləhətləşmə və Dəyərləndirmə” toplantısında keçmiş PKK terror təşkilatı tərəfdarlarının iyulun 11-də İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahları təhvil verməsinə münasibət bildirərkən deyib.
 
O qeyd edib ki, 15 iyulda baş verən “Darbe” cəhdindən sonra Türkiyə terrorla mübarizədə yeni bir mexanizm yaratdı:
 
“Terrorun qarşısına keçdik. İttifaq ortağımız Dövlət Bağçalının da çağırışı ilə “Terrorsuz Türkiyə” üçün ciddi addımlar atdıq. Çox həssas və təmkinli bir prosesi idarə etdik. Dünən PKK terror təşkilatı aldığı qərarı həyata keçirərək silahlarını təhvil verdi”.
 
R.T.Ərdoğan vurğulayıb ki, bu gündən etibarən yeni tarixi səhifə açılıb və Türkiyə üçün yüz ilinin qapıları aralanıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.