Dəmir yumruq » Manşet » "Yaxşı siyasi siqnallar aldıq” - Zelenski
Manşet / Dünya / 12-07-2025, 09:59

"Yaxşı siyasi siqnallar aldıq” - Zelenski

 

"Tərəfdaşlarımızla yeni təchizat, Ukraynada silah istehsalını artırmaq və ordumuzu təchiz etmək üzərində işləyirik. Artıq yaxşı razılaşmalarımız var və biz daha çox şey əldə edəcəyimizi gözləyirik – qarşıdakı həftələrdə onların üzərində işləyəcəyik”.
 
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqramdakı videomüraciətində deyib.
 
O bildirib ki, adminstrasiyası Qərb və ABŞ-dən yüksək səviyyədə siyasi siqnallar alıb:
 
“Avropalı dostlarımızdan, eləcə də, ABŞ-dən yaxşı siyasi siqnallar aldıq.
 
Gələn həftə ABŞ tərəfi ilə hərbi səviyyədə işimizi davam etdirəcəyik, xüsusən də ordumuz general Kelloqla işləyəcək. Biz həmçinin yeni Avropa müdafiə paketləri hazırlayırıq. Biz bu müharibəyə görə Rusiyaya qarşı sanksiyalar da daxil olmaqla, tezliklə güclü addımların atılacağını gözləyirik – təzyiq qüvvəyə minməlidir”.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.