Dəmir yumruq » Manşet » Türkiyə ordusunun 5 əsgəri şəhid oldu
Manşet / Dünya / Bugün, 16:46

Türkiyə ordusunun 5 əsgəri şəhid oldu

 

İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində metan qazından zəhərlənmə nəticəsində 5 əsgər şəhid olub.
 
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, 28 may 2022-ci ildə şəhid olan Leytenant Nuri Melih Bozkurtun cəsədinin tapılması işləri çərçivəsində bir mağarada aparılan axtarış zamanı 19 əsgər metan qazına məruz qalıb.
 
Xəstəxanaya aparılan əsgərlərdən 5-i həyatını itirib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.