Amerikalı iş adamı İlon Mask yeni siyasi partiya qurduğunu bəyan edib.
Bununla bağlı Mask X hesabında sorğu keçirib
Maskın sorğusunda 1,2 milyon nəfər iştirak edib və onlardan 65,4 faizi bu fikri dəstəkləyib.
"Ölkəmizin həddindən artıq xərclər və rüşvətxorluq səbəbindən iflasa uğradığı bir şəraitdə belə çıxır ki, biz demokratik yox, təkpartiyalı sistemdə yaşayırıq. Bu gün sizə azadlığınızı qaytarmaq üçün Amerika Partiyası yaradıldı", - Mask yazıb.