Rusiya-Ukrayna danışıqlarının yeni - üçüncü raundunun təxmini tarixləri bu həftə müəyyən edilməlidir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz gözləyirik, bu həftə üçüncü tur üçün bəzi hesablamalar aparılacaq”, - Kremlin sözçüsü bildirib.
Qeyd edək ki, iyunun 2-də İstanbulda Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu keçirilib.