Dəmir yumruq » Manşet » Paşinyan Türkiyəyə buna görə gedibmiş - İnanılmaz detallar
Manşet / Dünya / Bugün, 16:20

Paşinyan Türkiyəyə buna görə gedibmiş - İnanılmaz detallar

 

Ermanıstan Baş naziri Nikol Paşinyanın İstanbula səfəri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü, şübhəsiz ki, tarixidir. Lakin bunun müsbət tarix olması məsələsi mübahisəlidir.
 
Bunu  erməni politoloq Suren Surenyants deyib.
 
O, Paşinyanın bir məqsədlə Türkiyəyə səfər etdiyini, lakin istədiyini ala bilmədiyini söyləyib:
 
“İrəvan hökuməti İsrail ilə İran arasında başlayan müharibənin Türkiyə-Azərbaycan münasibətlərində soyuqluq yaratmasını gözləyirdi. Çünki Bakı və Ankaranın münaqişə tərəflərinə yanaşması fərqlidir. Nikol Paşinyan da burada İrəvan üçün Ankaraya yaxınlaşmaq fürsəti yaranacağını düşündü və bundan faydalanmaq məqsədilə Türkiyəyə getdi. Lakin bu ölkənin mətbuatının baş nazirin səfəri ilə bağlı yazılarına baxdıqda, Paşinyanın istədiyini ala bilmədiyi açıq şəkildə görünür.
 
Məsələn, “Deyli Sabah” və “Anadolu” qeyd edir ki, Türkiyə İrəvan və Bakı arasında sülh müqaviləsi üzrə irəliləyiş üçün Ermənistanla nizamlanmanı əlaqələndirməyə davam edir. “Ekonomist” nəşrinin yazdığına görə, Türkiyə Azərbaycanın maraqlarını dəstəkləyərək, İrəvanla Bakı arasında sülhün bərqərar olmasına töhfə verməklə tarazlığı qorumağa çalışır.
 
Bir sözlə, Ermənistan hökumətinin gözləntiləri boşa çıxdı. Ankaranın prosesə yanaşmasına sadəcə Bakı təsir edə bilir. Paşinyanın istəkləri bu ölkə üçün tutarlı deyil”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.