Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfərə yola düşüb.
Bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Bildirilib ki, bu, Paşinyanın Türkiyəyə ilk işgüzar səfəridir.
Nümayəndə heyətinin tərkibinə 13 nəfər daxildir. Paşinyanı əsas olaraq, XİN rəhbəri Ararat Mirzoyan, XİN rəhbərinin müavini Vahan Kostanyan, parlamentin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir.
Məlumata əsasən, bu gün İstanbulda Ermənistanın Baş naziri ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş planlaşdırılır.
Qeyd edək ki, o, sonuncu dəfə 2023-cü ilin iyununda Türkiyədə səfərdə olub.
***
Paşinyan artıq Türkiyədə işgüzar səfərdədir.
Onu İstanbul Beynəlxalq Hava Limanında Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci qarşılayıb.
Ermənistan hökumət rəhbərinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib ki, Paşinyanla Ərdoğan arasında görüş axşam saatlarına planlaşdırılıb.