İrəvanda Rusiya vətəndaşı, milyarder, erməni əsilli iş adamı Samvel Karapetyanın məhkəməsi keçirilən binanın önündə gərgin anlar yaşanır.
Demiryumruq. Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Yayılan görüntülərdə bina önündə izdiham müşahidə olunur. Onlar Karapetyanın azadlığa buraxılmasını tələb edirlər.
Qeyd edək ki, milyarder Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib.
***
İrəvan məhkəməsi rusiyalı biznesmen Samvel Karapetyan barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.