Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu açıqlayıb.
Demiryumruq. Az Rusiya KİV-ə istinadən xəbər verir ki, Putin bu haqda jurnalistlərə açıqlamasında bildirib.
“Mən Zelenski ilə görüşməyə hazıram. Amma orada oturub nəyisə sonsuza kimi bölüşməyə yox, buna son qoymağa hazıram”, - deyə Rusiya lideri deyib.
O əlavə edib ki, məsələ Ukrayna liderinin legitimliyindədir, sənədlər qanuni hakimiyyət tərəfindən imzalanmalıdır.