İran İsraili atəşkəsə razı salmaq üçün vasitəçilərin köməyi ilə ABŞ-yə müraciət edib.
Bu haqda İsrailin “The Jerusalem Post” nəşri yazıb.
“İran Oman və Qətərdən İsrailin davam edən zərbələrini dayandırmaq və nüvə danışıqlarını bərpa etmək üçün Vaşinqtondan vasitəçilik etməyi xahiş edib”, - məlumatda qeyd olunub.