Ukraynanın pilotsuz təyyarələrlə Rusiya aviabazalarına hücumunun arxasında İsrailin MOSSAD, Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidməti (Mİ6) və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi(CIA) dayanıb.
Bunu amerikalı siyasi şərhçi və MKİ-nin sabiq analitiki Lerri Conson bildirib.
O iddia edib ki, bu üç kəşfiyyat agentliyi Ukraynanın pilotsuz təyyarələrlə həyata keçirdiyi hücumu koordinasiya edərək, nəticədə Rusiyanın strateji bombardmançılarının 34%-i məhv edib.
Bundan əlavə, analitikin sözlərinə görə, Pentaqonunun rəhbəri Pit Heqset hücumun gedişatını canlı olaraq izləyib.