Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-li, Rusiya və ukraynalı həmkarları Donald Tramp, Vladimir Putin və Volodimir Zelenski ilə İstanbulda sülh masasında bir araya gəlməyin ən böyük arzusu olduğunu bildirib.
"Demiryimruq. Az” UNIAN nəşrinə istinadən xəbər verir ki, Zelenski Ərdoğanın təklifinə cavab verib.
“Mən Prezident Ərdoğanın Türkiyədə “dördlük” formatında görüşmək ideyasını dəstəklədim: Türkiyə Prezidenti, Tramp, mən və Putin. Lakin məndə belə təəssürat var ki, bu görüş nəticəsində atəşkəs əldə olunmayacaq”.
Xatırladaq ki, Tramp da Ərdoğanın dəvətinə müsbət cavab verib və İstanbulda sülh danışıqları aparmağa açıq olduğunu açıqlayıb.