Dəmir yumruq » Manşet » Ərdoğan Şahbaz Şərifi qəbul edib
Manşet / Dünya / 25-05-2025, 20:38

Ərdoğan Şahbaz Şərifi qəbul edib

Ərdoğan Şahbaz Şərifi qəbul edib.
 
İstanbul-Tehran-İslamabad dəmiryol xətti işlək hala gətirilməlidir.
 
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Baş naziri Şahbaz Şəriflə görüşündə deyib.
 
O bildirib ki, Türkiyə və Pakistan qarşılıqlı ticarət həcmini beş milyard dollara çatdırmaq üçün addımlar atmağa davam edəcəklər.
 
Türkiyə lideri iki ölkə arasında bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün səy göstərəcəklərini qeyd edib.
 
Ərdoğan həmçinin Pakistanın Fələstinlə bağlı mövqeyini təqdir etdiyini, Türkiyənin ən qısa zamanda Qəzzaya humanitar yardımların çatdırılması üçün cəhd etdiyini diqqətə çatdırıb.
 
Liderlər eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.
 
Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Məşfiyyat İdarəsinin rəisi İbrahim Kalın, Prezidentin mətbuat xidməti idarəsinin rəhbəri Fəxrəddin Altun, Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç və quru qoşunları komandanı Səlcuq Bayraqdaroğlu da görüşdə iştirak ediblər.
 
Qeyd edək ki, Şahbaz Şərif Türkiyədə səfərdədir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.